Abiyev Vasif Vaqif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abiyev Vasif Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Lənkəran Nərimanabad qəsəbəsi
🕊️
Şəhadət — Xocavənd Hadrut qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Lənkəran Nərimanabad qəsəbə qəbristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abıyev Vasif Vaqif oğlu 1986-ci il dekabrın 28-də Lənkəran şəhəri Nərimanabad qəsəbəsində anadan olub. Könüllü olaraq ordu sıralarına yazılıb və yeganə övladını anasına əmanət edərək müharibəyə yollanıb.

Füzuli istiqamətində gedən ağır döyüşlərdə ayağından yaralanmasına baxmayaraq geri dönməyib, son nəfəsinə qədər düşmənlə üz-üzə vuruşaraq şücaət göstərib.Yalnız bir dəfə oktyabrın 3-ü oğlu ilə telefonla danışıb.

Yaxınlarının sözlərinə görə, oktyabrın 3-dən bu yana ondan xəbər ala bilməyiblər. Bir gecə komandiri Vasifi yuxuda görür və şəhid ona yerini göstərərək deyir: "Sən orada yatmısan, mən isə üşüyürəm! Gəl götür məni!" Yuxudan təsirlənən komandir dərhal həmin yerə gedir və Vasifin mübarək nəşini orada tapır.

Abıyev Vasif şanlı tarixə adını qızıl hərflərlə yazaraq oktyabrın 5-i şəhidlik zirvəsinə ucalıb. Dekabrın 1-də yaşadığı yerə gətirilərək dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  “Vətən uğrunda” , "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Abıyev Vasif  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox mehriban, gülərüz, ailəcanlı, mərd bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Nərimanabad qəsəbəsi, 1 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Abiyev Vaqif Ağamoğlan oğlu Ana: Abiyeva Xatirə Kəlbihüseyn qızı Bacı: Abiyeva Sima Vaqif qızı Oğlu: Abiyev Vüsal Vasif oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər