Adıgözəlov Cavid Gülhəsən
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Adıgözəlov Cavid Gülhəsən

Ata adı: Gülhəsən

🐣
Doğum — Şamaxı
🕊️
Şəhadət — Füzuli Gecəgözlü kəndi
📍
Dəfn Olunduğu Yer Şamaxı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavid Adıgözəlov 1995-ci il dekabrın 11-də Şamaxı şəhərində anadan olub.2002-2013-cü illərdə 3 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. Cavid Adıgözəlov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam, Cəbrayıl, Zəngilan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Adıgözəlov oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Adıgözəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavid Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli və mehriban biri olub. Ailəsinə və qohumlarına son dərəcədə diqqətli insan idi. Qayğıkeş və təvazökar xarakterə malik idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şamaxı rayonu, 3 saylı tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Adıgözəlov Gülhəsən Zoud oğlu Ana: Adıgözəlova Qumru Vəzirxan qızı Bacı: Adıgözəlova Səadət Gülhəsən qızı Bacı: Adıgözəlova Səbinə Gülhəsən qızı Qardaş: Adıgözəlov Anar Gülhəsən oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər