Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Şirzaid
Ağamid Şirzaid oğlu Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçib. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb.
Ağamid orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidməti başa vuraraq geri qayıdıb və Bakıda bərbər işləməyə başlayıb.
44 günlük Vətən müharibəsində iştirak etmək üçün 30 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibəyə qatılıb, düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib.
Döyüşdə böyük şücaət göstərən Ağamid dövlətimizin ərazi bütövlüyü uğrunda Füzuli döyüşlərində canından keçərək 24 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Şəhidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək orada torpağa tapşırılıb.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, könüllü əsgər Ağamid Şirzaid oğlu Ağacəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ağamid Şirzaid oğlu Ağacəfərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xeyirxah, mehriban, vətənpərvər gənc olub.
Ata: Adıgözəlov Şirzaid Məmmədcəfər oğlu Ana: Həziyeva Xatirə Yunsur qızı Qardaş: Adıgözəlov Əfrail Şirzaid oğlu Bacı: Adıgözəlova Rəna Şirzaid qızı Qardaş: Adigözəlov Elçin Şirzaid oğlu Bacı: Adigözəlova Ülviyyə Şirzaid qızı