Ağali Zaur Kamil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Ağali Zaur Kamil

Ata adı: Kamil

🐣
Doğum — Lənkəran İstisu qəsəbəsi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Lənkəran İstisu qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2003-cu il İstisu qəsəbəsi R.Qurbanov adına orta məktəbə daxil olub, 2014-ci ildə həmin məktəbi bitirib 2015-ci aprel ayında həqiqi hərbi xidmətə yollanıb  2016-ci ildə oktyabr ayında xidmətə başa vurub qayıdıb. 2017-ci ildə ailə həyatı qurub. 2018 iyulun 7-sində bir oğlan övladı dünyaya gəlib.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayıl döyüşləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərndə savaşıb. Zaur Ağalı Füzuli istiqamətinndə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Zaur Ağalı yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olundu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Zaur Ağalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

İgid, vətənpərvər, mərd döyüşçü idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər, İstisu qəsəbəsi orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Ağayev Kamil Dədəkişi oğlu Ana: Quliyeva Arifə Eynəli qızı Həyat yoldaşı: Rzazadə Xumar Elxan qızı Oğlu: Ağalı Ayxan Zaur oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər