Ağaliyev Müzəffər Vahid
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Ağaliyev Müzəffər Vahid

Ata adı: Vahid

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ağaliyev Müzəffər Vahid oğlu 1981-ci il dekabrın 30-da Sumqayıt şəhərində anadan olmuşdur. 1988–1999-cu illərdə H. Z. Tağyev qəhbəsəndə 19  Nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi.

1 yanvar 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləmişdir. 2006-cı il oktyabr ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olmuşdur. Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu kimi xidmətə başlamışdır. Ermənistanın Qarabağda təcavüzünə qarşı, aprel döyüşləri və Tovuz döyüşlərində iştirak etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu olan Müzəffər Ağaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli istiqamətlərində döyüşmüşdür. Oktyabrın 23-də Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına Əsasən Ağaliyev Müzəffər Vahid oğlu “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda" medalları ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ağaliyev Müzəffər Vahid oğlu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sadə, gülərüz, mehriban insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəmşid Naxçıvanski adına Hərbi Lisey
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Ağaliyeva Aygün Abdul qızı Oğlu: Ağaliyev Fərid Müzəffər oğlu Oğlu: Ağaliyev Nurlan Müzəffər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər