Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elgiz
Ağamməd Ağamalıyev 16 noyabr 1990-cı ildə Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Füzuli kəndindəki tam orta məktəbə daxil olmuşdur və həmin məktəbi bitirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Ağamməd Ağamalıyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Ağamməd Ağamalıyev 13 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ağamməd Ağamalıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atasının dedikləri: "Ağamməd zəhmətkeş uşaq olub.10 yaşından ailəsinə köməklik edib. Çox ailəcanlı olub. Qoçaq, qorxmaz, igid oğlan olub."
Anasının dedikləri:" Mənim oğlum mənim həyatım idi,onsuz çox darıxıram. Tək bir təsəllim var onun ən ali şəhidlik zirvəsində olmasıdır. Tək arzum onun bizə əmanəti olan qızını onun adına layiq böyütməkdir."
Ata: Ağamalıyev Elgiz Şəmistan oğlu Ana: Ağamalıyeva Zibər Ziyad qızı Qardaş :Ağamalıyev Səbuhi Elgiz oğlu Həyat yoldaşı: Ağamalıyeva Xuraman Mətləb qızı Qızı: Ağamalıyev Zeynəb Ağamməd qızı