Ağaquliyev İlkin Saməddin
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Ağaquliyev İlkin Saməddin

Ata adı: Saməddin

🐣
Doğum — Şabran
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Şabran Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İlkin Ağaquliyev 4 oktyabr 2000-ci ildə Dəvəçi şəhərində doğulub
Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olmuş və rayon və zona yarışlarında mükafatçı olmuşdur.

İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi  zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhramancasına şəhid olmuşdur.

18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Çox mehriban, qayğıkeş, mərd bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb T. Abbasov adına 1 saylı orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ağaquliyev Saməddin Bayram oğlu Ana: Ağaquliyeva Safurə Camal qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər