Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vüqar
Famil Ağaşov 19 sentyabr 1998-ci ildə Cəlilabad şəhərində anadan olmuşdu. 2017- ci ildə Cəlilabad şəhər 3 saylı tam orta məktəbi bitirmişdi.
O, 2017-ci il iyulun 28-də hərbi xidmətə göndərilmiş 2019-cu ilin yanvar ayında evə buraxılmışdı.
Ağaşov Famil müddətdən artıq xidmət etmək üçün 10 noyabr 2019-cu ildə yenidən xidmət etməyə getmişdi.
Ağaşov Famil Vüqar oğlu Xocavənd rayonunun Üçtəpə deyilən ərazisində aparılan döyüşlər zamanı 8 noyabr 2020-ci ildə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Ağaşov Famil Vüqar oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Ağaşov Famil Vüqar oğlu Azərbaycan Prezidenti İlham ƏliyevinSərəncamına əsasən ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Cəsur, mərd, mehriban, güləüz, ailəcanlı, vətənpərvər insan olub.
Ata: Ağaşov Vüqar Əmiraslan oğlu Ana: Ağaşova Mədinə Əşrəf qızı Qardaş: Ağaşov Mirhadi Vüqar oğlu