Ağaxanov Osman Qədim
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Ağaxanov Osman Qədim

Ata adı: Qədim

🐣
Doğum — Xaçmaz Ukuroba kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Xaçmaz Ukuroba kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ağaxanov Osman Qədim oğlu 5 aprel 2004-cü ildə Xaçmaz rayonu, Ukuroba kəndində anadan olub. Ukuroba kənd orta məktəbində orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağaxanov Osman Qədim oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəsinin sözlərinə görə Osman istiqanlı, gülərüz və səmimi insan idi. Maraq dolu bir insan olmuşdur. Uşaq yaşlarından silahlara, müharibə hekayələrinə marağı var idi. Atasının sözlərinə görə dəmir və taxtadan müxtəlif silah alətləri düzəldib, kəndin uşaqlarına verərmiş və bu sayədə hamısı birgə müxtəlif oyunlar oynayarmışlar.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ukuroba Kənd Məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ağaxanov Qədim Dünyaməddin oğlu Ana: Ağaxanova Şaqruzat İbayevna qızı Bacı: Əzizova Malvina Qədim qızı Bacı: Ağaxanov İntizar Qədim qızı Bacı: Ağalarova Suzana Qədim qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər