Ağayev Asəf Abid
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Ağayev Asəf Abid

Ata adı: Abid

🐣
Doğum — Qax Qax şəhəri
🕊️
Şəhadət — Xocavənd Xocavənd
📍
Dəfn Olunduğu Yer Qax Qax şəhəri şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Şuşa ⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Asəf Ağayev 24 noyabr 1993-cı ildə Qax rayonunda anadan olub. O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2012-ci ildə buranı bitirmişdir. 2012-2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır.

2016-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq xidmət etməyə başlamışdır.

Asəf Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asəf Ağayev 10 dekabr 2020-ci ildə keçirilən Bakı Qələbə Paradında iştirak etmişdir. Baş Leytenant Asəf Ağayev 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuşdur.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini sevən,ailəsinə bağlı, gülərüz,xeyirxah, mərd,cəsur,qorxmaz insan idi. Hərbiyə böyük marağı vardı.Yaxşı idmançı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəmşid Naxçıvanski adına hərbi litsey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi məktəb.
İş Yeri Xüsusi təyinatlı qüvvələr( Yaşma)
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ağayev Abid İsrəfil oğlu (18.08.1967) Ana: Ağayeva Gülnarə Babaverdi qızı (03.02.1970)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər