Ağayev Cavidan Mirzağa
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Ağayev Cavidan Mirzağa

Ata adı: Mirzağa

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı Badamdar qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavidan Ağayev 2001-ci il iyulun 16-da Bakı şəhərində anadan olub. Subay idi. Cavidan Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Cavidan Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Cavidan Ağayev Ağdam Xocavənd istiqamətdə şəhid olub. oktyabrın 2 də Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavidan Ağayev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, mərd, cəsur insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 162 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ağayev Mirzağa Həsənağa oğlu Ana: Ağayeva Gülnarə İsmayıl qızı Qardaş: Ağayev Asiman Mirzağa oğlu Qardaş: Ağayev İsmayıl Mirzağa oğlu Qardaş: Ağayev Məhəmməd Mirzağa oğlu Bacı: Ağayeva Banu Mirzağa oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər