Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ağaverdi
Cəlal Ağayev 1984-cü il dekabrın 4-də Lerik rayonunun Kornədi kəndində anadan olub. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Cəlal Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlal Ağayev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Kornədi kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Ağayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəlal Ağayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cəlal Ağayev ölümündən sonra III dərəcəli " Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Vətənpərvər, mehriban, ailəcanlı bir insan olub.
Ata: Ağayev Ağaverdi Xanverdi oğlu Ana: Ağayeva Simuzər Naib qızı Qardaş: Ağayev Xəyyam Ağaverdi oğlu Qardaş: Ağayev Vəfadar Ağaverdi oğlu Bacı: Qurbanova Alidə Ağaverdi qızı Həyat yoldaşı: Ağayeva Gülnarə Fədail qızı Qızı: Ağayeva Nazənin Cəlal qızı Oğlu: Ağayev Sadiq Cəlal oğlu