Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Mərifət
Ağayev Elçin Mərifət oğlu 09 noyabr 2002-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayonu 7 nömrəli tam orta məktəbdə almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elçin Ağayev Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması zamanı 17 noyabr 2021-ci il tarixində şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ağayev Elçin Mərifət oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ağayev Elçin Mərifət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Gülərüz, qonaqpərvər, ailəcalı insan idi. Hərbiyə marağı var idi.
Ata: Ağayev Mərifət Cəfərqulu oğlu Ana: Ağayeva Rəxşəndə Davud qızı Qardaşı: Ağayev Elvin Mərifət oğlu Qardaş: Ağayev Elşən Mərifət oğlu Bacı: Ağayeva Mehri Mərifət qızı