Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Valeh
Ağayev Elvin Valeh oğlu 25 noyabr 1997-ci ildə Xaçmaz rayonunda anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Füzulinin alınmasında fəal iştirak edib.
Elvin 29 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Ağayev "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, qoçaq, mehriban, cəsur insan olub.
Ata: Ağayev Valeh Ələddin oğlu Ana: Ağayeva Nəzakət Əbülfəz qızı Qardaş: Ağayev Ələddin Valeh oğlu Qardaş: Ağayev Elçin Valeh oğlu Qardaş: Ağayev Kənan Valeh oğlu Qardaş: Ağayev Xəyal Valeh oğlu Bacı: Sainova Gülxanım Valeh qızı Bacı: Mirzəyeva Şəbnəm Valeh qızı