Ağayev Nürəddin Polad
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Ağayev Nürəddin Polad

Ata adı: Polad

🐣
Doğum — Yevlax
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur
Döyüşlərdə İştirak:
⚔️ Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ağayev Nürəddin Polad oğlu 1943-cü il 10 aprel tarixində Yevlax şəhərinin Əlibayramlı kəndində doğulmuşdur.  1952-ci ildə Əlibayramlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1960-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.  1960-cı ildə Yevlax şəhərindəki gecə məktəbinə daxil olmuşdur. 1962-1965-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1965-ci ildə Tikinti Texnikumuna qəbul olmuş, 1967-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir. 1968-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən ərzaq mağazalarının birində işləmişdir. 1969-cu ildə Ağayeva Cəvahir Yunis qızı ilə ailə həyatı qurmuşdur. 1975-ci ildən Gəncə şəhər Su idarəsində mühəndis, daha sonra isə anbardan vəzifəsində çalışmışdır. 2003-cü ildə Gəncə şəhərində yerləşən Avtobus qarajında gözətçi vəzifəsində çalışmışdır. 2007-ci ildən təqaüdə çıxmışdır. Beş övlad atası idi. Gəncə şəhər sakini Ağayev Nürəddin Polad oğlu 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nətcəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ağayev Nürəddin Polad oğluna şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, sakit xasiyyətli, övladlarını və nəvələrini sevən, qayğıkeş ata, mehriban baba idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Əlibayramlı kənd tam orta məktəbi
İş Yeri Təqaüdçü
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Ağayev Polad Hüseyin oğlu Ana: Ağayeva Zəri İsa qızı Bacı: Ağayeva Şövkət Polad qızı Qardaş: Ağayev Eyvaz Polad oğlu Bacı: Ağayeva Göyçək Polad qızı Bacı: Ağayeva Sərfinaz Polad qızı Həyat yoldaşı: Ağayeva Cəvahir Yusif qızı Oğlu: Ağayev Allahverdi Nürəddin oğlu Oğlu: Ağayev Faiq Nürəddin oğlu Oğlu: Ağayev Ramiz Nürəddin oğlu Oğlu: Ağayev Eldəniz Nürəddin oğlu Qızı: Ağayeva Aytəkin Nürəddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər