Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Təhsin
Ramiq Ağayev 12 fevral 1992-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. E.Ağayev adına Səncərədi kənd tam orta məktəbində təhsil alıb. 2009-cu ildə həmin məktəbin məzunu olub. Tankçı olmaq uşaqlıq arzusu olub və sonra öz istəyinə nail olub.
2010-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. Müdafiə Nazirliyinin "Gizir hazırlığını hərbi kursu"nu bitirib. Sonra sürücü mexanik kimi 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sırasında hərbiçi ömrünü yaşamağa başlayıb. Ramiq 2016-cı il Aprel döyüşlərində igidlik göstərib.
Azərbaycan Ordusunun əsgəri olan Ramiq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Ramiq Ağayev ermənilərin çoxlu istehkam qurğularını və canlı qüvvəsini məhv etmişdir. Cəbrayılın alınması uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanır, 13 gündən sonra oktyabrın 19-da ölür. 3 oğul övladı var idi. Oktyabrın 19-u Səncərədi kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "MAHHXHQ əsgər" Ağayev Ramiq Təhsin oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və "Cəbrayılın azad olunmasına görə" medallarıı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ağayev Ramiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur döyüşçü, mehriban, vətəpərvər komandir idi. Həmişə “öldü var, döndü yoxdu” kəlməsini deyirdi.
Ata: Ağayev Təhsin Həsən oğlu Ana: Ağayeva Mehriban Rəfail qızı Həyat yoldaşı: Ağayeva İranə Bəxtiyar qızı Oğlu: Ağayev Şahin Ramiq oğlu Oğlu: Ağayev Təbəssüm Ramiq oğlu Oğlu: Ağayev Bəxtiyar Ramiq oğlu Qardaş: Ağayev Cavanşir Təhsin oğlu