Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Rövşən
Ağayev Rəşad 2 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Evin tək oğlu olan Rəşad, Binəqədi rayon 283 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1-ci və 2-ci kursu 7 nömrəli Peşə liseyində oxuduqdan sonra, 3-cü kursda Step Akademiyasına qəbul olub və Akademiyanı proqramist dizayner kimi bitirib.
Rəşad Ağayev 4 iyul 2019-ci il tarixində Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsinə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində ordu sıralarına qatılmışdır.
O, sentyabrın 29-da Talışkənd istiqamətində yaralanıb və müalicə alaraq yenidən döyüşlərə qatılıb. 16 oktyabrda isə, Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhəri Biləcəri Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Prezidentinin Sərancamına Əsasən Rəşad Ağayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim, böyüklərə hörmət edən, yardımsevər, vətənpərvər, cəsur, bayrağa böyük hörməti olan insan idi.
Ata: Ağazadə Rövşən İsabala oğlu Ana: Ağazadə Ruhiyyə Qurban qızı Bacı: Ağazadə Tamaara Rövşən qızı Bacı: Ağazadə Tamella Rövşən qızı