Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nurəddin
Saleh Ağayev 1992-ci il aprelin 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Ailəli idi.
Saleh Ağayev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2012-ci ildən "kiçik gizir" rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Saleh Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Ağayev oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Günəşli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Çox mülayim, səxavətli, kövrək insan idi. Heç nədən qorxmazdı. Köməyə ehtiyacı olan insanlara yardım edərdi. Dostluqda sadiq, ailəsinə çox bağlı idi.
Ata: Nurəddin Ağayev Əlidadaş oğlu Ana: Nəzakət Şəmmədova Xudu qızı Qardaş: Elman Ağayev Nurəddin oğlu Qardaş: Dəyanət Ağayev Nurəddin oğlu Bacı: Zəhra Ağayeva Nurəddin qızı Bacı: Cəmilə Ağayeva Nurəddin qızı Həyat yoldaşı: Ağayeva Aytəkin Eyvaz qızı