Ağayev Vüqar Əhməd
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

Ağayev Vüqar Əhməd

Ata adı: Əhməd

🐣
Doğum — Qubadlı Xanlıq kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Səbahət Ağayeva ilə ailəli idi. Yeganə və Pərvin adında 2 övladı yadigar qaldı.

Mayor Vüqar Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun mayoru olan Vüqar Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Ağayev noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Övladlarını çox sevən, rəhmli, qorxmaz, cəsarətli insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qubadlı rayonu Xanlıq kənd orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Ağayev Əhməd Hüseyn oğlu Ana: Ağayeva Nənəxanım Neymət qızı Bacı: Aydəmirova Sevil Əhməd qızı Qardaş: Ağayev İlqar Əhməd oğlu Qardaş: Ağayev Çingiz Əhməd oğlu Həyat yoldaşı: Ağayeva Səbahət Nadir qızı Qızı: Ağayeva Yeganə Vüqar qızı Oğlu: Ağayev Pərvin Vüqar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər