Ağazadə Sənan Nizami
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Ağazadə Sənan Nizami

Ata adı: Nizami

🐣
Doğum — Lənkəran Göyşaban kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Lənkəran Göyşaban kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ağazadə Sənan Nizami oğlu 2000-ci il, may ayının 1-də Lənkəran rayonun Göyşaban kəndində anadan olub. 2019-cu il, iyulun 22-də Vətən torpaqlarını qorumaq üçün hərbi xidmətə yollanan Sənan "Mən əfsanə olacağam!" deyərmiş.

Sənan Ağazadə Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət nümayiş etdirib. Minaatan bölüyündə tuşlayıçı kimi iştirak edib. Hədəfi sərrast nişan alması sayəsində  düşmənin bir neçə hərbi texnikasını və 35 əsgərini məhv edib.

Oktyabrın 14-də qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Sənan Ağazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox mehriban, gülərüz, dostcanlı, mərd bir insan.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər 6 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Ağayev Nizami Mirsahib oğlu Ana: Ağayeva Elnarə Ramazan qızı Bacı: Ağazadə Xəyalə Nizami qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər