Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Elçin
Alimov Fərid Elçin oğlu 1993-cü il oktyabr ayının 10-da Quba rayon Güləzi kəndində anadan olub. O, Quba rayon Güləzi kənd orta məktəbini bitirib.
Gizir Alimov Fərid 2021-ci il mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində, Yardımlı rayonunun Gendərə kəndi yaxınlığında 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlayıb.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıb. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. Gizir Alimov Fərid Elçin oğlu mayın 16-da Qubanın Yeni Güləzi kəndində dəfn olunub.
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Alimov Fərid Elçin oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Alimov Fərid Elçin oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qohumcanlı, ailəcanlı, sakit təbiətli insan olub.
Ata: Alimov Elçin Şahbek oğlu Ana: Alimova Məhbubə Əhmədağa qızı Həyat yoldaşı: Alimova Sevinc Qəribşah qızı Qızı: Alimova İlahə Fərid qızı Bacı: Alimova Aydan Elçin qızı Qardaş: Alimov Aqşin Elçin oğlu