namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Cəlil
Alışov Samir Cəlil oğlu 1997-ci il avqustun 23-də Hacıqabul rayonun Qubalıbaloğlan kəndində dünyaya gəlmişdir. 2004-2005-ci illərdə isə orta məktəbdə təhsilini başa vurub hərbi xidmətə yollanmışdır.
Könüllü olaraq torpaqlarımızın azad olunmasında döyüşlərdə iştirak etmişdir. Samir Alışov sentyabrın 29-da könüllü olaraq döyüşlərə qatılıb. Əsasən Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edən Samir, oktyabr ayının 24-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
Hacıqabul rayon Qubalıbaloğlan kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Alışov Samir “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalalrı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Alışov Samir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, hər işin üstünə ilk gedən, gözündə qorxu olmayan, eyni zamanda mülayim xasiyətli insan olub.
Ata: Alışov Cəlil Əlisgəndər oğlu Ana: Alışova Məhluqə Tufanəli qızı