Allahverdiyev Elşad Zaməddin
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Allahverdiyev Elşad Zaməddin

Ata adı: Zaməddin

🐣
Doğum — Göygöl
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Göygöl Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Xocavənd ⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elşad Allahverdiyev 5 aprel 1997-ci ildə Göygöl rayonunda anadan olmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasının Omsk şəhərində Ali Hərbi Tank Akademiyasında ali təhsil almışdır.Elşad Allahverdiyev 5 il sonra akademiyadan məzun olmuş və Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə hərbi vəzifəsinə başlamışdır.

Azərbaycan Ordusunun baş leytenantı olan Elşad Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşmuşdur. Döyüşlər bitdikdən sonra tank əleyhinə minaların təmizlənməsi əməliyyatında iştirak etmişdir. Elşad Allahverdiyev 23 noyabr 2020-ci ildə Şuşa şəhərində minaya düşərək şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Elşad Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilətəltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Məktəb illərində çox fəal şagird olub. Altı dil bilirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göygöl şəhəri, İbrahim Hüseynov adına 1 saylı tam orta məktəb, Cəmşid Naxçıvanski adına Hərbi Lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb, Rusiya Federasiyasının Omsk şəhər A. V. Hruleva adına Hərbi Akademiyası
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Allahverdiyev Zaməddin Papır oğlu Ana: Allahverdiyeva Elnarə Lətif qızı Qardaş: Allahverdiyev Rəşad Zaməddin oğlu Bacı: Allahverdiyeva Həcər Zaməddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər