Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Valeh
Vilayət Allahverdiyev 19 avqust 2000-ci ildə Şəki rayonunun Birinci Biləcik kəndində anadan olmuşdur. A.Vilayət 2006-cı ildə Birinci Biləcik kəndindəki orta məktəbə daxil olmuşdur. 2017-ci ildə məktəbi bitirmişdir
Vilayət Allahverdiyev 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində “N” saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Vilayət Allahverdiyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Vilayət Allahverdiyev 28 oktyabr 2020-ci ildə Laçın döyüşləri zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vilayət Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hamı ilə dil tapmağı bacaran, yola gedən, vətənpərvər, sakit, mehriban insan olub.
Ata: Allahverdiyev Valeh Allahverdi oğlu Ana: Allahverdiyeva Ruhəngiz Abdürrəhim qızı Bacı: Allahverdiyeva Aydan Valeh qızı Bacı: Allahverdiyeva Salatın Valeh qızı Bacı: Allahverdiyeva Gülçin Valeh qızı Bacı: Allahverdiyeva Məltəm Valeh qızı Qardaş: Allahverdiyev Cuma Valeh oğlu