Allahverdiyev Vüsal Novruz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Allahverdiyev Vüsal Novruz

Ata adı: Novruz

🐣
Doğum — Samux Qarayeri qəsəbəsi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Samux Qarayeri qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüsal Novruz oğlu Allahverdiyev 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Vüsal Allahverdiyev 2020-ci ilin iyul ayının sonlarında hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.18 yaşında (18 il 4 ay) şəhid olan əsgər Allahverdiyev Vətən Müharibəsinin ən gənc şəhidi oldu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Atası: Vüsal mərd, heç nədən qorxmayan bir oğul idi. Hər kəsə elə cəsur övlad qismət olsun.
Anası: Vüsala qısmət olmadı görə bilmədi qələbəni, amma şəhidlik zirvəsinə ucaldı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Samux rayonu Qarayeri qəsəbə 1 saylı liseyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Allahverdiyev Novruz Paşa oğlu Ana: Allahverdiyeva İlhamə Oktay qızı Bacı: Allahverdiyeva Vüsalə Novruz qızı Qardaş: Allahverdiyev Sərxan Novruz oğlu Qardaş: Allahverdiyev Paşa Novruz oğlu Qardaş: Allahverdiyev Orxan Novruz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər