Allahverənov Məhəmməd Zöhrab
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Allahverənov Məhəmməd Zöhrab

Ata adı: Zöhrab

🐣
Doğum — Bərdə Çəmənli kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bərdə Çəmənli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məhəmməd Zöhrab oğlu Allahverənov 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub. Uşaq yaşlarından əmisi İbrahim Allahverənovun hərbi geyimi həmişə onun xoşuna gələrdi. Məhəmmədin adını da əmisi qoymuşdu. 

Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı əks-hücumu başlananda Məhəmməd 3 aya yaxın idi ki, müddətdən artıq hərbi qulluqçu idi. O, hərbi əməliyyatların başlanmasını uzun illərdən bəri səbirsizliklə gözləyirdi. Odur ki, könüllü olaraq cəbhə bölgəsinə göndərilməsini xahiş edib.

Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. 

O, son gülləsinə qədər vuruşub və neçə-neçə ermənini məhv edib. Nəşini bizim hərbiçilər götürəndə Məhəmmədin yanında 11 erməni cəsədi də var idi.

Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Allahverənov Məhəmməd Zöhrab oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Allahverənov Məhəmməd Zöhrab oğlu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Qəbri doğulduğu Çəmənli kənd qəbiristanlığındadır. Atası Zöhrab və anası Sədaqət xanım övladlarının Vətən uğrunda şəhid olması ilə qürur duyurlar.

Xatirələrdə Yaşayan Şəhid:

Çox mehriban, qayğıkeş, vətəninə, ailəsinə bağlı bir gənc idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bərdə rayon, Çəmənli kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Allahverənov Zöhrab Məhəmməd oğlu Ana: Allahverənova Səadət Miryusif qızı Qardaş: Allahverənov Vüsal Zöhrab oğlu Qardaş: Allahverənov Toğrul Zöhrab oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər