Allahverənov Telman Fazil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Allahverənov Telman Fazil

Ata adı: Fazil

🐣
Doğum — Mingəçevir
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Mingəçevir Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Telman Allahverənov 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub.2003-cü ildə Mingəçevir şəhər 1 Nömrəli tam orta məktəbə gedib və 2014-cü ildə bitirib. 
Azərbaycan Ordusunun əsgəri olan Telman Allahverənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Telman Allahverənov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Telman Allahverənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Zəhmətkeş, ailəsinə bağlı, dürüst bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Mingəçevir şəhər 1 sayli orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Allahverənov Fazil Aydın oğlu Ana: Allahverənova Rasimə Ağabala qızı Bacı: Qədirova Ayğün Fazil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər