Allahyarov Şahin Hüseynbala
Baş gizir
🇦🇿 Azərbaycan Şəhidi

Allahyarov Şahin Hüseynbala

Ata adı: Hüseynbala

🐣
Doğum — Şamaxı İkinci Paşalı kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Quba Zizik kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şahin Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayırdı. 1999–2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi.
Şahin Allahyarov 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinə davam edirdi. Allahyarov əvvəlcə, Zaqatala Sərhəd Dəstəsində müxtəlif vəzifələrdə, 2019-cu ildən isə Qazax Əlahiddə Sərhəd Diviziyasında "kəşfiyyatçı" vəzifəsində xidmətini davam etdirirdi.

Azərbaycan Ordusu Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Allahyarov noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub. Quba rayonunun Zizik kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahin Allahyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahin Allahyarova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahin Allahyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şahin Allahyarov  Xocavəndin azad olunmasına görə” medalı ilə ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Allahyarov Şahin  “Füzulinin azad olunmasına görə” medalı ilə ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, dürüst, səmimi, mehriban biri idi. Olduqca vətənpərvər vətəni, bayrağını, millətini sevən biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Quba rayon Zizik kənd orta məktəbi
İş Yeri Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Allahyarov Hüseynbala Ərzuman oğlu Ana: Allahyarova Nərgiz Məhəmməd qızı Qardaş: Allahyarov Vasif Hüseynbala oğlu Qardaş: Allahyarov Fərid Hüseynbala oğlu Bacı: Allahyarova Kübra Hüseynbala qızı Həyat yoldaşı: Allahyarova Kəmalə Ağaşirin qızı Qızı: Allahyarova Aksana Şahin qızı Oğlu: Allahyarov Şahin Şahin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər