Alməmmədov Emin Akif
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Alməmmədov Emin Akif

Ata adı: Akif

🐣
Doğum — Şəmkir
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Şəmkir Şəhər qəbirİstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Emin Alməmmədov 1989-cu il fevralın 27-də Şəmkir şəhərində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Emin Alməmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəmkir şəhəri, Nəriman Nərimanov adına tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Alməmmədov Akif Kamil oğlu Ana: Abdullayeva Xədicə İbrahim qızı Qardaş: Alməmmədov Etibar Akif oğlu Həyat yoldaşı: Alməmmədova Mələk Oğlu: Alməmmədov Əbülfəz Emin oğlu Qızı: Alməmmədova Xədicə Emin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər