Alxaslı Rəvan Cəmil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Alxaslı Rəvan Cəmil

Ata adı: Cəmil

🐣
Doğum — Ağsu Rəhimli kənd
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Ağsu Rəhimli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəvan Alxaslı 1 yanvar 1996-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətində 2016-cı ilin 1-5 aprel tarixində Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir.
2020-ci ilin iyul ayında səfərbər olunan Rəvan Alxaslı 21 sentyabr tarixindən hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Rəvan Alxaslı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda və döyüşlərdə vuruşmuşdur. 6 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəvan Alxaslı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəvan Alxaslı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini, ailəsini sevən insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağsu rayonu, Rəhimli kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Hüseynov Cəmil Əliş oğlu Ana: Hüseyova Xatirə Mirzəcan qızı Qardaş: Hüseynov Rusif Cəmil oğlu Həyat yoldaşı: Alxaslı Çinarə Fizuli qızı Oğlu: Alxaslı Məhəmməd Rəvan oğlu Qızı: Alxaslı Ruqəyyə Rəvan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər