Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Rəsul
Alxasov Elməddin 1994-cü ildə Xaçmazın Qaradağ-Buduğ kəndində doğulub. Uşaqlıqdan hərbiyə marağı var idi. Əsgərlik vaxtı Murov silsiləsindəki döyüş mövqelərində xidmət edən Elməddin sərrast atıcı kimi tanınırdı. Artıq altı ildən çox idi ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışırdı. Güclü snayperçilərdən idi, o qədər təlim keçmişdilər ki, gözlərinə qan gəlmişdi. Müharibənin başlamasını çox arzu edirdi. Hərbidə qalmağa qərar verdiyini deyəndə ürəkdən sevinə bilmədim, təsəlli verirdi ki, ölüm hər yerdədir, ay ana. O vaxtdan şəkər xəstəliyinə tutuldum. Bir dostu şəhid olmuşdu, gecə səhərə qədər yatmamışdı... Qisasını aldı, sonra özü də qanadlanıb səmaya uçdu.Sonn doğum gününü müharibədə qanlı döyüşlərdə qeyd edən Elməddin oktyabrın 2-də dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidentinin Sərəncamlarına Əsasən Elməddin Alxasov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Valideynləri bildirdi ki, Elməddinin uşaqlıqdan hərbiyə, vətənə böyük sevgisi olub. Elməddin hərbi xidməti başa vurduqdan sonra, yenidən ordu sıralarına qoşulmaq üçün müraciət etmişdir. Peşəkar snayperçi idi. Valideyinləri bildirdi ki, peşəkar snayperçi olduğu üçün, tez tez məzuniyyət verilirdi.
Ata: Alxasov Rəsul Abdulvahab oğlu Ana: Alxasova Əsli Məmmədşah qızı Qardaş: Alxasov Elbrus Rəsul oğlu Bacı: Mövsümova Sevil Rəsul qızı