Amanov Əhməd Tahir
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Amanov Əhməd Tahir

Ata adı: Tahir

🐣
Doğum — Yevlax Salahlı kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Yevlax Salahlı kənd qəbirisanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əhməd Amanov 4 sentyabr 1994-cü ildə Yevlax rayonunun Salahlı kəndində anadan olub. 2000-2001-ci tədris ilində Salahlı kənd B.Alıyev adına tam orta məktəbin birinci sinfinə daxil olub. Anası xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə, Əhməd 2009-cu ildə 9-cu sinifdə olarkən təhsilini dayandırmışdır.

Ailəli idi. 1 yaşında olan Tahir adlı bir oğlu yadigar qaldı.

1 oktyabr 2012-ci ildə Horadiz şəhərində kəşfiyyatçı çavuş olaraq xidmət etmişdir. 2014-cü ildə xidmətini başa vurduqdan sonra bir müddət Hərbiləşdirilmiş Mühafizə Dəstəsində (HMD) işləmişdir. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Əhməd Gəncədə yerləşən "N" saylı hərbi hissədə tankçı, baş mexanik, sürücü olaraq xidmət etmişdir. Sonra isə Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Türkiyədən gələn hərbi təlimçilərlə keçirilən təlimlər zamanı Əhməd Amanov dərəcəyə layiq görülmüşdür.

Əhməd Amanov 12-16 iyul 2020-ci illərdə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlayan Tovuz döyüşlərində tankçı kimi yaxından iştirak etmişdir. General-mayor Polad Həşimov ilə birlikdə vuruşmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Əhməd Amanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə tankçı olaraq vuruşmuş və fərqlənmişdir. 28 sentyabr 2020-ci ildə qarşı tərəfin intensiv atəşi səbəbilə nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əhməd Amanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ailəcanlı, dürüst insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yevlax rayonu, Salahlı kənd məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Amanov Tahir Məmməd oğlu Ana: Amanov Almaz Mirələm qızı Bacı: Amanov Səbnəm Tahir qızı Bacı: Amanov SəbinəTahir qızı Həyat yoldaşı: Amanov Fatma Məzahir qızı Oğlu: Amanov Tahir Əhməd oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər