Aslanov Bəxtiyar İlqar
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Aslanov Bəxtiyar İlqar

Ata adı: İlqar

🐣
Doğum — Naftalan
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Naftalan Qaşaltı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bəxtiyar Aslanov 28 dekabr 1998-ci ildə dünyaya göz açmışdır. Əslən Şuşa rayonundan idi. Qarabağ müharibəsində, 8 may 1992-ci ildə Şuşa işğal edildikdən sonra Bəxtiyarın ailəsi Naftalanda məskunlaşmışdır.

Bəxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitən Bəxtiyar yenidən ordu sıralarına qayıdır və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirir. O, Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə qulluq etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Aslanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əməliyyatlar nəticəsində onun da arasında olduğu zabit-əsgər heyəti Ağbaba yüksəkliyini azad edirlər. Bundan sonra, Bəxtiyar Aslanov və təxminən 7 nəfər silahının bitdiyinə görə əlbəyaxa döyüşürlər. Ailəsi ilə sonuncu dəfə 27 sentyabr 2020-ci ildə əlaqə saxlayan Bəxtiyar Aslanov 30 sentyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Bəxtiyarın nəşi axtarıldıqdan 137 gün sonra Murovdağın Ağbaba yüksəkliyində tapılmış və 13 fevral 2021-ci ildə ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Aslanov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bəxtiyar Aslanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini sevən, cəsur və mehriban insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Naftalan şəhər, 2 saylı tam orta məktəb
Ali Təhsil Gürcüstan Respublikası “İqtisadiyyat və Beynəlxalq Əlaqələr Unversteti
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Zöhrabova Tünzalə Rasim qızı Ata: Aslanov İlqar Əmir oğlu Bacı: Aslanova Aytac İlqar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər