Aslanov Tural Elşən
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Aslanov Tural Elşən

Ata adı: Elşən

🐣
Doğum — Yardımlı Çayüzu kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Yardımlı Çayüzü kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tural Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çayüzü kəndində anadan olub. N. Cəbiyev adına tam orta məktəbdə orta təhsil almışdır. Sumqayıt Dövlət Universitetinin coğrafiya fakültəsində ali təhsil almışdır. Subay idi.
Tural Aslanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2013-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 3 aylıq zabitlik kursundan sonra "N" saylı hərbi hissədə "leytenant" olaraq tərxis olunana qədər xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Tural Aslanov noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Tural Aslanov ölümündən sonra "İgidliyə görə" medalı  və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz, çalışqan insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yardımlı rayon, Çay Üzü kənd tam orta məktəbi
Ali Təhsil Sumqayıt Dövlət Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Aslanov Elşan Ağasala oğlu Ana: Cəfərova Gülşən Həzi qızı Qardaş: Aslanov Rövşən Elşan oğlu Qardaş: Aslanlı Dəniz Elşan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər