Astanlı İqbal İlqar
Кiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Astanlı İqbal İlqar

Ata adı: İlqar

🐣
Doğum — Biləsuvar
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Biləsuvar Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə N.Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2015-2019-cu illərdə Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2019-cu ildən Ağcakənd kəndi yaxınlığında Ballıqaya istiqametində və Mingəçevir rayonunda yerləşən N saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə baş kəşfiyyatçı-müşahidəçi vəzifəsində  həqiqi hərbi xidmət keçmişdir. İqbal kiçik yaşlarından idmanla məşğul olmuş, respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olmuş, müxtəlif medallarla təltif olunmuşdur. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Astanlı İqbal Biləsuvar rayonun savadlı, aktiv gənclərindən olub, Gənclər siyasətinin rayonumuzda və respublikamızda həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən Fəxri Fərman və diplomlara layiq görülmüşdür.
İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində baş kəşfiyyatçı -müşahidəçi kimi iştirak etmiş , Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı  qəhrəmancasına şəhid olmuşdur. Şəhid İqbal Astanlı 29 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra IIII dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

İqbal gülərüz, istiqanlı, şən biri idi. Deyib-gülməyi, zarafat etməyi çox xoşlayırdı. Valideynlərinə qarşı diqqətcil, qayğıkeş və mehriban olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Biləsuvar şəhər, Nizami Gəncəvi adına 1 saylı tam orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İlqar Astanov Əliyar oğlu Ana: Nəzakət Astanova Hüseynağa qızı Qardaş: İsmayıl Astanlı İlqar oğlu Bacı: Xəyalə Astanlı İlqar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər