Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rafiq
Atakişiyev Ramiz Rafiq oğlu 1996-ci il mart ayının 4-ü Siyəzən şəhərində anadan olub. 2002-ci ildə 1-ci sinfə daxil olub. 2013-cü ildə Siyəzən şəhər 6 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir . 2014-cü ildə Naxçıvanda N saylı hərbi hissədə xidmət etmiş, 2016-ci il sentyabr ayında hərbi xidməti başa vurmuşdur. 2020-ci ilin oktyabrında SHXÇDX -nin Siyəzən bölməsi tərəfindən səfərbər edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Ramiz Atakişiyev Siyəzəndən könüllü olaraq hərbi xidmətə adını yazdırmış və ilk olaraq Ağcabədi rayonuna göndərilmişdir. Burada bir neçə günlük təlimdən sonra oktyabr ayında Füzuliyə döyüşə yola düşüb. Bu zaman evə zəng edib və hər şeyin yolunda olduğu haqqında məlumat vermişdir. Daha sonra Şuşa yolunda döyüşlərə gedərkən düşmənin minasına tuş gəlib və sağ ayağının tamamilə qopması nəticəsində qanaxmadan dünyasını dəyişərək şəhid olmuşdur.
Az'rbaycan Prezidentinin Sərəncamlarına əsasən Ramiz Atakişiyev ölümündən sonra “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramiz Atakişiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox bacarıqlı, qabiliyyətli bir insan idi. Hər zaman yeni şeylər öyrənməyə meyl göstərmişdir. Həmçinin səmimi, mehriban və qayğıkeş oğlan idi.
Ana: Atakişiyeva Xannənə Dilbar qızı Qardaş: Atakişiyev Rüfət Rafiq oğlu Qardaş: Atakişiyev Dəyanət Rafiq oğlu Bacı: Atakişiyeva Amaliya Rafiq oğlu