Axundov Eşqin İntiqam
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Axundov Eşqin İntiqam

Ata adı: İntiqam

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Eşqin Axundov 2000-ci il 3 yanvar tarixində Gəncə şəhərində anadan olub. 
2007-ci ildə Gəncə şəhər 44 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir.Məktəbdə oxuduğu müddətdə həmişə öz təlim-tərbiyəsi ilə digər şagirdlərdən seçilmişdir. 2017 -ci ildə həmin məktəbi bitirərək Peşə Liseyinə qəbul olmuşdur.2019-cu ildə Peşə Liseyini müvəffəqiyyətlə bitirmişdir. 2019-cu ilin İyul ayında Hərbi xidmətə yollanmışdır.
2019-cu ildə Hərbi xidmətə yollanmışdır. Öz Hərbi xidmətində daim fərqlənmiş,özünün cəsurluq, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə cəsurcasına iştrak etmişdir.Hərbi xidmətdə olduğu kimi iştirak etdiyi döyüşlərdə də öz cəsurluq, igidliyi, vətənpərvərliyi ilə seçilmişdir. 2020-ci il 3 Noyabr Xocavənd uğrunda gedən döyüşlərdə öz döyüş yoldaşları ilə birlikdə q2əhrəmancasına şəhid olmuşdur.
Şəhid Eşqin Axundov döyüşlərdə göstərdiyi cəsurluq,vətənpərvərliyə görə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni  ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox tərbiyəli, sakit, mehriban, köməyə ehtiyacı olan hər kəsə kömək etməyi sevən insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 44 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Axundov İntiqam Nofəl oğlu Ana: Məmmədova Elnarə Cəmil qızı Bacı: Axundova Səkinə İntiqam qızı Bacı: Axundova Flora İntiqam qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər