Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Hamil
Kənan Axundzadə 1994-ci il avqustun 2-də Lənkəran şəhərində anadan olub. Subay idi. Kənan Axundzadə 2020-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Axundzadə 2020-ci il oktyabrın 31-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Axundzadə oktyabrın 31-də Füzuli və Xocavənd rayonlarının sərhədində yerləşən strateji əhəmiyyətli Üryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Girdəni kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Axundzadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Mehriban, vətənpərvər, qayğıkeş və ailəcanlı insan idi.
Ata: Axundov Hamil Şamil oğlu Ana: Axundova Rəhimə Nemət qızı