Aydəmirov Beyrək Etibar
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Aydəmirov Beyrək Etibar

Ata adı: Etibar

🐣
Doğum — Şabran Çayqaraqaşlı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şabran Çayqaraqaşlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Beyrək Aydəmirov 1990-cı ilin avqustun 13-də Şabran rayonu Çayqaraqaşlı kəndində anadan olub. Hələ 6 yaşında ikən atasını itirib. 1997-ci il Şabran rayonu Çayqaraqaşlı kənd orta məktəbinə daxil olub, daha sonra isə təhsilini Şabran rayonu Çolquşçu kənd tam orta məktəbində davam edib.

2008-ci ildə hərbi xidmətə çağırılıb və 112 nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. 2010-cu ildə hərbi hissədən ehtiyata buraxılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən sonra mexanik sürücü, 2-ci tank taborunun rabitə tağımında idarəetmə manqasında baş sürücü mexanik vəzifəsində xidmət edib.

O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, borcunu ləyaqətlə yerinə yetirib. Füzuli rayonunun azad olunması uğrunda döyüşüb. 8 oktyabr tarixində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən şəhid Aydəmirov Beyrək Etibar oğlu ölümündən sonra “Vətən uğrunda" və "Füzuli rayonunun azad olunmasına görə" medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Aydəmirov Beyrək Etibar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Yaxşı övlad olmaqla yanaşı, yaxşı ailə başçısı və yaxşı ata idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şabran rayon, Çölquşçu kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Aydəmirov Etibar Müslüm oğlu Ana: Aydəmirova Rəsmiyyə Səddar qızı Bacı: Aydəmirova Şəkərxanım Etibar qızı Qardaş: Aydəmirov Fəriq Etibar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər