Azayev Asif Məhəmmədağa
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

Azayev Asif Məhəmmədağa

Ata adı: Məhəmmədağa

🐣
Doğum — Şamaxı Həmyəli kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şamaxı Həmyəli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Asif Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1991-1997-ci illərdə Həmyəli kənd tam orta məktəbində, 1997-2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali təhsilini 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərbi təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı.
Asif Azayev 2007-ci ildən "leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Növbəti illərdə Murovdağ istiqamətində xidmət edən Asif Azayev, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

Asif Azayev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda 2-ci Ordu Korpusunda Taborun Qərargah rəisi vəzifəsində çalışmağa başladı.

Azərbaycan Ordusunun mayoru olan Asif Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tabor Komandiri olaraq Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı dəfələrlə Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində, döyüş tapşırığlarının icrasında, həmçinin tabeçiliyində olan əsgərlərin mühasirədən çıxarılmasında fərqlənib. Asif Azayev oktyabrın 20-də Füzuli rayonu istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şamaxı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Hamı ilə mehriban, gülərüz və ünsiyyətcil insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şamaxı rayonu, Həmyəli kənd tam orta məktəb
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Azayev Məhəmmədağa Rəhim oğlu Ana: Azayeva Güleydə Vəligüllah qızı Həyat yoldaşı: Azayev Günay Məcid qızı Oğlu: Azayev Rəhim Asif oğlu Oğlu: Azayev Məhəmmədağa Asif oğlu Oğlu: Azayev Uğur Asif oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər