Babaşov Hikmət Firudin
MAHHXHQ kiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Babaşov Hikmət Firudin

Ata adı: Firudin

🐣
Doğum — Beyləqan Yeni Mil qəsəbəsi
🕊️
Şəhadət — Füzuli Veysəlli kəndi
📍
Dəfn Olunduğu Yer Beyləqan Milabad qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ kiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Qubadlı ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Hikmət Babaşov 1977-ci il fevralın 3-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olmuşdur. 1983-1994-cü ildə Beyləqan rayonu Milabad qəsəbə tam orta məktəbində təhsil almışdır.
Hikmət Babaşov 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət etmiş, mühəndis-istehkamçı kimi hərbi fəaliyyətinə davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmiş və ağır yaralanmışdır.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Hikmət Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Hikmət Babaşov noyabrın 8-də Qubadlı döyüşləri zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, ciddi, mehriban və vətənpərvər insan kimi yaddaşlarda qalıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayonu, V. Cəfərov adına Milabad qəsəbə tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Babaşov Firudun Museyib oğlu Ana: Quliyeva Nabat Qaçay qızı Həyat yoldaşı: İsmayılova Elnurə Tehran qızı Oğlu: Babaşov Emil Hikmət oğlu Qızı: Babaşova Aydan Hikmət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər