Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Ata adı: Firuz
Ağaşirin Babayev 16 may 2001-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Ağaşirin Babayev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Ağaşirin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif edildi.
Mərd, cəsur, mehriban insan idi.
Ata: Babayev Firuz Ağaşirin oğlu Ana: Babayeva Əsli Heydər qızı Bacı: Babayeva Cəmilə Firuz qızı Bacı: Babayeva Həmidə Firuz qızı Bacı: Babayeva Fatma Firuz qızı