Babayev Cavad Gülverdi
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Babayev Cavad Gülverdi

Ata adı: Gülverdi

🐣
Doğum — Masallı Qızılağac kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Masallı Qızılağac kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavad Gülverdi oğlu Babayev 28 noyabr 1998-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005-2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. Tikinti şirkətlərindən birində işləyib.
2017-2018-ci illərdə Gədəbəy rayonunda həqiqi hərbi xidmətini uğurla başa vurub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər,Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.11 noyabr 2020-ci ildə Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Prezidentinin Sərəncamına Əsasən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavad Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ağıllı, sakit, mülayim, etibarlı, cəsur, qorxmaz, mehribanlığı ilə seçilərdi. Ağlı kəsəndən öz əllərinin zəhməti ilə dolanırdı. Ailəyə bağlı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qızılağac kənd 2 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Babayev Gülverdi Höccət oğlu Ana: Babayeva Elnarə Ağababa qızı Bacı: Babayeva Fatimə Gülverdi qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər