Babayev Əli Həsən
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Babayev Əli Həsən

Ata adı: Həsən

🐣
Doğum — Şərur Danyeri kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Şərur Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əli Babayev 1997-ci il noyabrın 14-də Şərur rayonunun Danyeri kəndində anadan olmuşdur. 2004-cü ildə Şərur rayon Danyeri kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi məktəbə daxil olmuşdur. 2016-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur. 2020-ci ilin iyul ayında leytenant rütbəsi almışdır. 27 sentyabr Vətən müharibəsi başlayan zaman ilk hərbi dəstədə iştirak etmiş və müharibənin ilk günü şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əli Babayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən  "İgidliyə görə" medalı ilə təltif edildi.

Əli Babayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən  "İgidliyə görə" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, igid, qorxmaz insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Babayev Həsən Ana: Babayeva Lalə

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər