Babayev Fərhad Məhərrəm
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Babayev Fərhad Məhərrəm

Ata adı: Məhərrəm

🐣
Doğum — Bakı Bayıl qəsəbəsi
🕊️
Şəhadət — Füzuli İlandağ
📍
Dəfn Olunduğu Yer Siyəzən Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Babayev Fərhad Məhərrəm oğlu 30 yanvar 1992 ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Suraxanı rayonu 278 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010-cu il yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2011-ci ilin iyul ayında hərbi xidmətini bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra özəl sektorda sürücü vəzifəsində işləmişdir.

28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilmişdir.Füzulinin azad edilməsi, Xocavəndin azad edilməsi, Qubadlının azad edilməsi döyüşlərində iştirak etmişdir. 24 oktyabr 2020 ci il tarixində Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərhad Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərhad Babayev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, dostcanlı, qayğıkeş insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yeni Günəşli qəsəbəsi, 278 saylı orta məktəb
İş Yeri Stilist bərbər
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Babayev Məhərrəm Soltan oğlu Ana: Babayeva Səmayə Rəşid qızı Bacı: Süleymanova Aysel Məhərrəm qızı Qardaş: Babayev Zamiq Məhərrəm oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər