Babayev Rahib Bəxtiyar
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

Babayev Rahib Bəxtiyar

Ata adı: Bəxtiyar

🐣
Doğum — Şahbuz Kulus kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rahib Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Ailəli idi. Üç övladı yadigar qaldı.
Rahib Babayev orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi "N" saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olmuşdur.

Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak etmiş və sentyabrın 30-da şəhid olmuşdur. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

İgid və mərd insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şahbuz rayonu 14 saylı orta məktəb
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Babayeva Aygün İntiqam qızı Qızı: Babayeva Mələk Rahib qızı Oğlu: Babazadə İbrahim Rahib oğlu Oğlu: Babazadə Əli Rahib oğlu Ana: Abdullayeva Yazgül Abdulla qızı Ata: Babayev Bəxtiyar Surxay oğlu Qardaş: Babayev Bilal Bəxtiyar oğlu Bacı: Babayeva Ülvanə Bəxtiyar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər