Babayev Rauf Fəxrəddin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Babayev Rauf Fəxrəddin

Ata adı: Fəxrəddin

🐣
Doğum — Xaçmaz
🕊️
Şəhadət — Goranboy Tapqaraqoyunlu kəndi
📍
Dəfn Olunduğu Yer Xaçmaz Qaraqurtlu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Goranboy

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Babayev Rauf Fəxrəddin oğlu 2001-ci ildə Xaçmaz şəhərində anadan olub. 2007-2018-ci illərdə Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsil alıb.

Üç bacının tək qardaşı olan Rauf hələ uşaq yaşlarında atasını itirib, ailəsinin yükünü öz çiyinlərinə götürüb.
Rauf 2019-cu ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda xidmətdə olub. Rauf hərbi xidmətə gedərkən anasına söz verərək deyib ki, “Ana, mən Qarabağı alıb gələcəyəm”.

Gənc şəhid sözünü tutub. İkinci Qarabağ müharibəsi döyüşlərində Rauf Babayev qəhrəmanlıq göstərən, ön xəttdə döyüşən əsgərlərimizdən biri olub. Oktyabrın 1-də Tapqaraqoyunlu kəndi və Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq, 19 yaşında şəhidlik zirvəsinə ucalıb.

Rauf Babayev okyabrın 6-da Xaçmaz rayon qəbristanlığında torpağa tapşırılıb.15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına  görə”  və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rauf Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anasının sözlərinə görə, Raufun uşaqlıqdan hərbiyə böyük marağı var idi. Daima hərəkətli aktiv uşaq olduğu üçün, valideyinləri onu güləş ilə məşğul olması üçün şərait yaratmışdılar. Rauf həmçinin məktəbdə də sayılıb seçilən şagirdlərdən olub. Müəllimləri onu hər zaman nizam-intizamına görə tərifləyirdilər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaçmaz rayonu C.Cabbarlı adına 6 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Babayev Fəxrəddin Şirinbala oğlu Ana: Babayeva Simuzər Nadir qızı Bacı: Babayeva Ülkər Fəxrəddin qızı Bacı: Babayevə Bənövşə Fəxrəddin qızı Bacı: Babayeva Nailə Fəxrəddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər