Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Coşqun
Babayev Sahil 2002-ci ilin iyun ayının 5-də Şabran rayonunun Ceyranlı kəndində anadan olmuşdur. Ceyranlı kəndində 9 il təhsil aldıqdan sonra Şabran şəhərindəki 2 saylı tam orta məktəb-liseyə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 2019-cu ildə Bakı Turizm Kollecinə daxil olmuşdur.
Babayev Sahil təhsilini başa vurmamış 2020-ci ilin iyul ayının 7-də həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Babayev Sahil 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri Sahil Babayev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. 20 oktyabr 2020-ci ildə əsgər Babayev Sahil Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur. Şəhidin nəşi, 21 oktyabrda doğulduğu Ceyranlı kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Babayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sahil Babayev ölümündən sonra "Cəsur döyüşçü " medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tərbiyyəli, ailəcanlı, mehriban insan idi.
Ata: Babayev Coşqun Adgözəl oğlu Ana: Babayeva Nuray Hacıməmməd qızı Qardaş: Babayev Sadiq Coşqun oğlu Bacı: Babayev Xədicə Coşqun qızı