Babayev Sahil Sarıbala
MAHHXHQ
🇦🇿 Azərbaycan Şəhidi

Babayev Sahil Sarıbala

Ata adı: Sarıbala

🐣
Doğum — Masallı Ərəb kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Masallı Ərəb kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Babayev Sahil Sarıbala oğlu 21 sentyabr 1992-cı ildə Masallı rayonu Ərəb kəndində anadan olmuşdur. Orta təhsilini Masallı rayonu, Hacıtəpə kənd tam orta məktəbində almışdır.

Azərbaycan Daxili Qoşunlarının hərbi qulluqçusu olan Babayev Sahil Sarıbala oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi qulluqçusu Babayev Sahil Sarıbala oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və   3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilmişdir.  

Ailəli idi, Vətənə yadigar 3 övladı qalmışdır.

Şəhid  Babayev Sahil Masallı rayonu Ərəb kənd qəbiristanlığında dəfn edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, səmimi, qorxusuz

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Masallı rayonu, Hacıtəpə kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Babayev Sarıbala Salman oğlu Ana: Babayeva Aminə Ulduzəli qızı Həyat yoldaşı: Babayeva Nərmin Alim qızı Oğlu: Babayev Samir Sahil oğlu Oğlu: Babayev Elçin Sahil oğlu Qızı: Babayeva Milay Sahil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər