Babayev Yaşar Vasif
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Babayev Yaşar Vasif

Ata adı: Vasif

🐣
Doğum — Ağstafa Köçəsgər qəsəbəsi
🕊️
Şəhadət — Tovuz
📍
Dəfn Olunduğu Yer Ağstafa Köçəsgər qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tovuz

Təltif Edildiyi Orden və Medallar

İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Yaşar Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər qəsəbəsində anadan olub. O, 2012-ci il iyulun 19-da ailə həyatı qurmuşdu və 8 ildir övlad arzusunda idi. Yaşar Babayevin ölümündən 2 gün sonra, iyulun 16-da onun qızı dünyaya gəldi.
Yaşar Babayev Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı şəhid olub.

İyulun 14-də Yaşar Babayev, doğulduğu Ağstafa rayonunun Köçəsgər qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva, İnsan hüquqları üzrə Ombudsman Səbinə Əliyeva qatıldı.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,   Yaşar Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd ,cəsur, qeyrətli, igid oğlan olub

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayon A. Ələkbərov adına Köçəsgər kənd 2 saylı tam orta məktəb i
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Babayev Vasif Vəli oğlu Ana: Babayeva Firəngiz Namaz qızı Bacı: Babayeva Aytəkin Vasif qızı Bacı: Babayeva Aynur Vasif qızı Həyat yoldaşı: Babayeva Nərgiz Afiq qızı Qızı: Babayeva Narin Yaşar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər